Universitetlərdə olduğu kimi məktəblərdə də qayıb limiti TƏTBİQ olunsun – YENİ TƏKLİF

Universitetlərdə olduğu kimi məktəblərdə də qayıb limiti TƏTBİQ olunsun – YENİ TƏKLİF

Hazırda oxunan: Universitetlərdə olduğu kimi məktəblərdə də qayıb limiti TƏTBİQ olunsun – YENİ TƏKLİF

235279

Adətən 10-11-ci sinif  şagirdləri qəbul imtahanlarına hazırlaşdıqları üçün məktəbə nisbətən laqeyd yanaşırlar. Bu son illərdə məktəblərdə müşahidə olunan ciddi problemlərdən biridir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdakı universitetlərin rayonlarda filialları AÇILACAQ?


Ancaq təkcə yuxarı siniflərdə yox, aşağı sinifdə oxuyan 7-9-cu sinif şagirdlərində də  eyni laqeydlik yaranıb. Bu da onların məktəbə davamiyyətinin göstəricisidir. Maraqlıdır ki, şagirdlərin dərsə davamiyyəti pozulduqda, yəni qayıbları çoxaldıqda, sadəcə onların valideynlərinə bu barədə müəyyən xəbərdarlıqlar  edilir, ciddi cəza tədbiri görülmür, məktəbdən xaric edilmir.

Bəs şagirdlərin məktəbə barmaqarası yanaşmasının səbəbi nədir? Bu laqeydliyin qarşısını necə alaq? Cəza tədbiri çxış yoludurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elmin Nurinin sözlərinə görə bu problemin həlli üçün məktəbə yanaşma dəyişməlidir:

“Bu gün valideynlərin, müəllimlərin məktəbldən istədiyi əsas məqam şagirdin universitetə daxil olmasıdır. Bu, uğurdur, ancaq məktəbin dəyərləndirilməsi ayrı olmalıdır. Məktəbin tədris prosesilə qəbul sualları arasında uçurum görürük. Buna görə də şagirdlər yuxarı siniflərdə məktəbə barmaqarası yanaşıb, getmirlər. Hətta bəzən şagird qeyri-şəffaf vasitələrlə adını kənd məktəbinə yazdırır, özü də hazırlıqlarla məşğul olurdu. Onlar və valideynləri isə "məktəbə gedib, niyə vaxt itirsin?" sualını verirdilər. Ancaq məktəb vaxt itirmək üçün yer deyil. Məktəb dərsləri və qəbul sualları arasındakı uçurum isə məktəbə getməyi lazımsızlaşdırdı. Nəticədə, şagirdlər kölgə təhsilinə önəm verərək məktəb mühitindən uzaqlaşdılar”, - deyə  ekspert bildirib.

Qeyd edək  ki, bir çox  universitetdə  tələbənin aldığı qayıb onun imtahana  giriş balına müəyyən dərəcədə təsir edir. Bəzi fikirlərə görə məktəb qiymətlərində də qayıblar nəzərə alınsa, şagirdlər məktəbə qarşı daha məsuliyyətli olarlar.

Maraqlıdır ki, bu həyata keçirilsə, praktikada müsbət nəticə göstərər?

Elmin Nuri bu fikirlərlə razılaşmayıb. O, hesab edir ki, bu o qədər də uğurlu tendensiya deyil:

“Qayıbların çox olmamasına görə müəyyən qabaqlayıcı, intizam tədbirləri görmək olar. Ancaq universitetlərdə olduğu kimi məktəblərdə də qayıb limitinin tətbiq olunmasına ehtiyac yoxdur”.


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO