Bir vətəndaşı iki dəfə aldadan şəxslə bağlı QƏRAR

Bir vətəndaşı iki dəfə aldadan şəxslə bağlı QƏRAR

Hazırda oxunan: Bir vətəndaşı iki dəfə aldadan şəxslə bağlı QƏRAR

235271

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən K.Bilalovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

İttihama görə, K.Bilalov tanışı zərərçəkmiş M.M.-in (şərti) inam və etibarını qazandıqdan sonra xarici dövlətlərdən müxtəlif markalı avtomobillər alıb ölkə ərazisində satışını həyata keçirməklə birgə qazanc əldə etmələri adı ilə yalan vəd verib. O, 2008-2009-cu illərdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Elegant” avtosalonunda zərərçəkmişdən hissə-hissə olmaqla ümumilikdə 230 000 manat pulunu ələ keçirib, sonradan verdiyi vədə əməl etməyib.
 

Bundan başqa K.Bilalovun Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Nizami Rayon Məhkəməsinin 2018-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın sanksiya çərçivəsində azaldılaraq 8 ilə endirilməsinə baxmayaraq, o, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən etibardan sui-istifadə edib. Belə ki, təqsirləndirilən şəxs həmin zərərçəkmiş şəxsin paytaxtın Nizami rayonu, Çobanzadə küçəsində yerləşən torpaq sahəsinin satılması ilə əlaqədar sənədləşmə prosesində yaranan problemi həll etməsi və yenidən xarici dövlətlərdən avtomobillər alıb qazanc əldə etməklə əvvəllər almış olduğu pulu tam formada qaytarmasına dair ona yalan vəd verib. K.Bilalov 2019-cu ilin sonlarında Bakı şəhəri, Nərimanov rayonu, metronun “Nərimanov” stansiyasının yaxınlığında 30 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə birinci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar təqsirli bilinərək ona cəza təyin olunmayıb. Cinayət Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün K.Bilalova elan edilmiş ittihamdan zərərçəkmiş şəxsin 30 000 manat pulu ələ keçirməklə ziyan vurması epizodu çıxarılıb. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi hökm edilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO