Türkiyə Superliqasında 24-cü tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, son oyun günündə bir görüş keçirilib.
Lider "Qalatasaray" səfərdə "Rizəspor"la qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın hər iki qolunu Viktor Osimhen vurub.
Qeyd edək ki, turnir cədvəlinə 63 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" 57 xalla 2-ci, "Samsunspor" 46 xalla 3-cüdür.
17 fevral
Türkiyə Superliqası
24-cü tur
21:00. "Rizəspor" – "Qalatasaray" - 1:2
Qollar: Sou, 54 - Osimhen, 47, 86
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
03:43 / 18.02.2025
Osimhendən dubl, "Qalatasaray"dan QƏLƏBƏ - VİDEO
Hazırda oxunan: Osimhendən dubl, "Qalatasaray"dan QƏLƏBƏ - VİDEO
Hazırda oxunan: Osimhendən dubl, "Qalatasaray"dan QƏLƏBƏ - VİDEO
235247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.