FHN təcili helikopterlərini havaya qaldırdı: Balakənə doğru uçurlar – FOTO/VİDEO

FHN təcili helikopterlərini havaya qaldırdı: Balakənə doğru uçurlar – FOTO/VİDEO

Hazırda oxunan: FHN təcili helikopterlərini havaya qaldırdı: Balakənə doğru uçurlar – FOTO/VİDEO

235210

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.

Bizim.Media xəbər verir ki, Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.

Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopterlər vasitəsilə meşə zolaqlarına ümumilikdə 600 kilometrdən çox məsafədə 13 min aldadıcı yem səpilib.

Qeyd edək ki, peyvəndləmə məqsədilə uçuşların davam etdirilməsi nəzərdə tutulur.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO