Bakının dörd rayonunda təbiətə 131 min manatdan çox ZİYAN VURULDU

Bakının dörd rayonunda təbiətə 131 min manatdan çox ZİYAN VURULDU

Hazırda oxunan: Bakının dörd rayonunda təbiətə 131 min manatdan çox ZİYAN VURULDU

235203

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin 4 rayonunda qanunsuz ağac kəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, araşdırmalar zamanı Yasamal rayonu Nəriman Nərimanov prospekti, 127 ünvanında “Memar-3” MTK tərəfindən, Xətai rayonu Zığ küçəsi, 39 ünvanında “Probuild Solutions” MMC tərəfindən, Binəqədi rayonu, S.S.Axundov küçəsinin şərq hissəsində “İbrahimxan” kiçik müəssisəsi tərəfindən tikinti və abadlaşdırma aparılan ərazilərdə, həmçinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi, 14K ünvanında “Mərmər İnşaat” ASC-nin mülkiyyətində olan torpaq sahəsində və Səbail rayonu Badamdar qəsəbəsi massiv 3 ünvanında meşə fonduna daxil olmayan, ümumilikdə, 165 ədəd ağac və iri kolların, o cümlədən 50 ilə yaxın yaşı olan irigövdəli ağacların qanunsuz götürülməsi nəticəsində təbiətə 131 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq, ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO