Şəhid jurnalistin qardaşı: “Dövlət, millət sağ olsun!” - VİDEO

Şəhid jurnalistin qardaşı: “Dövlət, millət sağ olsun!” - VİDEO

Hazırda oxunan: Şəhid jurnalistin qardaşı: “Dövlət, millət sağ olsun!” - VİDEO

23520

“Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist Məhərrəm İbrahimovun nəşi həmin ərazidən çıxarılıb. Çox güman ki, bu gün gecə və ya sabah tezdən yaşadığı əraziyə çatdırılacaq və dəfn olunacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə M. İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov REAL TV-yə bildirib. 

O, qeyd edib ki, qardaşı Vətən müharibəsinin ilk şəhid jurnalisti kimi tarixə düşüb:

“Məhərrəm İkinci Qarabağ savaşında tarixə ilk şəhid jurnalist kimi düşdü. Məhərrəmin adı babamızın adı idi. O da II Dünya müharibəsində, Xarkov şəhərində 39 yaşında həlak olub. Demək ki, bu, alın yazısıdır, qaçmaq olmazmış. Dövlət, millət sağ olsun! Bütün şəhidlərə Allah rəhmət eləsin! Bu yol bizim üçün ən şərəfli yoldur. Bu yolda nə kədərlənməyə, nə qüssələnməyə heç bir əsas yoxdur. Səbirlə, daha böyük ideyalarla yaşayaraq Azərbaycanın gələcəyini parlaq görək”.

Qeyd edək ki, Məhərrəm İbrahimov 1982-ci il təvəllüdlü olub, yəni babası kimi, 39 yaşında həlak olub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO