Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, qətli törətməkdə ittiham olunan Kamran Şükürzadəyə 16 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Kamran Şükürzadə məhkəmədə deyib ki, anası səhv etdiyi üçün onu öldürüb:
“Evdə atam, anam və mən yaşayırdıq. Əvvəllər də mübahisəmiz olurdu. Həmin gün həyətdə iş görürdüm. Anam mənə ağır sözlər dedi. Psixi xəstəliyim olduğu üçün vurduğum bıçaq zərbələrinin sayı yadımda deyil. Əslində məqsədim qorxutmaq idi”.
Kamran iki uşağının olduğunu, lakin ailəsində söz-söhbət yaranandan sonra ayrıldığını bildirib:
“Hazırda onlarla əlaqəm yoxdur”.
Kamran ifadəsində atası və anası tərəfindən təhqir edildiyini deyib:
“Ailəmi aparmağımı istəyirdilər. Mən də səbr edirdim. Qayınatam gəlib uşaqları apardı. Sonra valideynlərimlə münasibətlər kəskinləşdi. Atam türmədən çıxdıqdan sonra vəziyyət lap pisləşdi. Hadisədən təxminən 3 gün əvvəl əsəbiləşib evi yandırdım. Mənə dedilər ki, səni görmək istəmirik. Evdən getdim, amma onları cəzalandırmaq istəyirdim. Lakin uşaqlıq xatirələri yadıma düşdü, onlara yazığım gəldi.
Hadisə günü spirtli içki qəbul etmişdim. İkisini də öldürmək istəyirdim. Sonra atam evdən getdi. Az sonra həyətə çıxanda anam məni təhqir etdi. “Biqeyrət, oğraş, çıx get burdan” dedi. Gedib yenə içki aldım. Evə qayıdanda anam yenə məni təhqir etdi. Bıçaqla ona vurmağa başladım. 8 bıçaq zərbəsi yadımdadır”.
Hadisəni törədəndən sonra Kamran əynini dəyişib, əlini-üzünü yuyub polisə təslim olmağa gedib.
Suallara cavab verən Kamran deyib ki, son 3-4 ay imiş ki, atası və anasını öldürməyi düşünüb. Lakin məscidə gedib gəldikdən sonra əsəbləri sakitləşib və fikrindən daşınıb.
Kamranın atası isə ifadə verən zaman bildirib ki, oğlu boşandıqdan sonra qız evi cehizləri evdən aparıb. Buna görə də Kamranın əsəbləri korlanıb.
Mərhumun qızı isə qətli törədən qardaşına cəza verilməməsini istəyib.
İstintaqla müəyyən edilib ki, Kamran Şükürzadə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonu, Ümid qəsəbəsində birlikdə yaşadığı anası Aybəniz Şükürova ilə ailədaxili münaqişə yaşayıb. Anası oğluna təhqir dolu, onun tüfeyli həyat tərzi yaşamasına dair irad bildirib. Kamran Şükürzadə bu münaqişədən hiddətlənərək anasını xüsusi amansızlıqla öldürmək qərarına gəlib.
Belə ki, o, evin həyətində təmizlik işləri görən anasına yaxınlaşıb ümumilikdə 25 bıçaq zərbəsi vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib.
Daha sonra Kamran Şükürzadə könüllü şəkildə polisə təslim olub və o, şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:06 / 17.02.2025
Anasını öldürən Kamranın ŞOK etirafı: “Atamı da...” - TƏFƏRRÜAT - FOTO
Hazırda oxunan: Anasını öldürən Kamranın ŞOK etirafı: “Atamı da...” - TƏFƏRRÜAT - FOTO
Hazırda oxunan: Anasını öldürən Kamranın ŞOK etirafı: “Atamı da...” - TƏFƏRRÜAT - FOTO
235167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.