İlyas İsmayılov vəfat etdi

İlyas İsmayılov vəfat etdi

Hazırda oxunan: İlyas İsmayılov vəfat etdi

235157

Ədalət Partiyasının sədri, keçmiş ədliyyə naziri İlyas İsmayılov 87 yaşında vəfat edib.

Bu barədə Bizim.Media-ya Ədalət Patiyasının sədr müavini Elxan Şükürlü məlumat verib.

Xatırladaq ki, İ.İsmayılovun səhhətində uzun müddətir problemlər var idi. Partiya lideri insult keçirmiş, yanvarın 9-da xəstəxanaya yerləşdirilmişdi. O, yanvarın 21-də komaya düşmüşdü. Sabiq nazirin böyrəkləri də funksiyasını itirmişdi.
 

Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.


İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO