Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli məktəbin 1-ci sinfində otağın tavanı çöküb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi” məlumat yayıb.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, şagirdlər və müəllim təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər:
“Hadisə zamanı xəsarət alan olmayıb. Qazax rayonu üzrə təhsil sektorunun təsərrüfat qrupunun əməkdaşları hadisə yerinə cəlb edilib. Tavanın hansı səbəbdən çökdüyü araşdırılır. Təhsil müəssisəsində təlim-tədris prosesi davam edir”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:54 / 17.02.2025
Qazaxda sinif otağının tavanı çökdü - FOTO
Hazırda oxunan: Qazaxda sinif otağının tavanı çökdü - FOTO
Hazırda oxunan: Qazaxda sinif otağının tavanı çökdü - FOTO
235150
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.