Bakıda min manatlıq kosmetik vasitə oğurlayan yeniyetmə TUTULDU

Bakıda min manatlıq kosmetik vasitə oğurlayan yeniyetmə TUTULDU

Hazırda oxunan: Bakıda min manatlıq kosmetik vasitə oğurlayan yeniyetmə TUTULDU

235148

Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda içərisində 1 270 manat, 940 dollar, 7 300 rubl və şəxsiyyət vəsiqəsi olan pul kisəsini oğurlayan 64 yaşlı M.Nəcəfov müəyyən olunaraq Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər sayəsində saxlanılıb.
 

Analoji hadisə Nərimanov rayonu ərazisində də baş verib. Rayon sakininin 1000 manat dəyərində kosmetik vasitələrini və sənədlərini oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən edilərək saxlanılıb.


Bundan başqa mağazaların birindən 750 manatlıq tütün məmulatı, 2 min manat dəyərində inşaat materialları oğurlayan 18 yaşlı F.Kərimov və əvvəllər məhkum olunmuş 34 yaşlı B.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO