Gəncədə şangirdə qarşı şiddət göstərən müəllim işdən azad edilib.
Gəncə Daşkəsən Regional Təhsil İdarəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə Gəncə şəhər 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Gəncə məktəbində İNSİDENT - Müəllimdən şagirdə qarşı AĞILASIĞMAZ ADDIM – VİDEO
Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
İdarədən onu da əlavə ediblər ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu