Xəbər verildiyi kimi Goranboyda qayınata gəlininə əl qumbarası atıb. Məlumata görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Kənd sakini 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.
Zərərçəkmişin son durumu necədir?
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-ya bildirilib ki, 16.02.2025-ci il tarixində saat 16:40 radələrində partlayış nəticəsində xəsarət alması səbəbi ilə 1986-cı il təvəllüdlü (qadın cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Ona bədənin çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:57 / 17.02.2025
Qayınatanın qumbara atdığı gəlinin SON DURUMU
Hazırda oxunan: Qayınatanın qumbara atdığı gəlinin SON DURUMU
Hazırda oxunan: Qayınatanın qumbara atdığı gəlinin SON DURUMU
235136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.