Daşkəsəndə 2 nəfər maşının altında qalıb. Hadisə rayonun Tapan kəndində qeydə alınıb.
Bizim.Media "Musavat" Telegram kanalına istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü T.Cəfərov və 1986-cı il təvəllüdlü E.Hüseynov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətinin orta ağır olduğu bildirilib. Hər iki şəxsin üstündən "Zil" markalı yük avtomobili keçib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media