Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar imzalayıb.
Qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 20-24 mart Novruz bayramı olduğu üçün qeyri-iş günləri hesab olunur. 22-23 mart tarixləri şənbə bazara təsadüf etdiyindən 25-26 mart da qeyri-iş günü olacaq.
Bundan əlavə, 30-31 mart Ramazan bayramı qeyd ediləcək. Beləcə 20-31 mart tarixləri Azərbaycanda qeyri-iş günləri olacaq.
Bizim.Media
![Azərbaycanda ardıcıl 12 gün iş olmayacaq – QƏRAR Azərbaycanda ardıcıl 12 gün iş olmayacaq – QƏRAR](https://bizim.media/file/articles/2025/02/17/1739771611_2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:45 / 17.02.2025
Azərbaycanda ardıcıl 12 gün iş olmayacaq – QƏRAR
Hazırda oxunan: Azərbaycanda ardıcıl 12 gün iş olmayacaq – QƏRAR
Hazırda oxunan: Azərbaycanda ardıcıl 12 gün iş olmayacaq – QƏRAR
235097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.