Türkiyədə "Antakya Qəzeti"nin sahibi Sinan Seyfittinoğlu Antalyada dostu ilə birlikdə qaldığı evdə ölü tapılıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Seyfittinoğlu dünən gecə ev yoldaşı Önder K. və digər dostları ilə birlikdə spirtli içki içdikdən bir müddət sonra yatmaq üçün otağına gedib.
Səhər saatlarında dostunu oyatmaq üçün otağına daxil olan Önder K. bütün cəhdlərinə baxmayaraq, Seyfittinoğlunu oyada bilmədikdə təcili yardım çağırıb.
Tibbi heyət Sinan Seyfittinoğlunun həyatını itirdiyini müəyyən edib. Ölümün şübhəli qəbul edilməsi səbəbi ilə ünvana polis araşdırma qrupu da gəlib.
Sinan Seyfittinoğlunun bədənində heç bir silah, kəsici və ya dəlici alət yarası, döyülmə izi tapılmayıb.
Seyfittinoğlunun bipolyar xəstəliyi olduğu, daimi dərman qəbul etdiyi və bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:24 / 16.02.2025
Tanınmış jurnalist evdə ölü tapıldı
Hazırda oxunan: Tanınmış jurnalist evdə ölü tapıldı
Hazırda oxunan: Tanınmış jurnalist evdə ölü tapıldı
235074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.