Telefon fırıldaqçıları süni intellektdən istifadə etməklə, özlərini İtaliyanın müdafiə naziri Quido Krosetto və digər yüksək vəzifəli şəxslər kimi təqdim edərək bəzi italyan iş adamlarını pul köçürməyə inandırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mediası "Bloomberg" informasiya agentliyinə istinadən məlumat yayıb.
Zərərçəkənlər arasında "Prada" prezidenti Patrisio Bertelli, modelyer Corco Armani, "Pirelli & C. SpA"nın icraçı vitse-prezidenti Marko Tronketti Provera və Milanın "İnter" futbol klubunun keçmiş sahibi milyarder Massimo Moratti də var.
"La Repubblica" və "Corriere della Sera" kimi İtaliya mediasının məlumatına görə, Moratti onunla əlaqə saxladıqdan sonra pul köçürdüyünü etiraf edib.
Agentliyin məlumatına görə, fırıldaqçılar İran və Suriyada həbs edilən və ya oğurlanan İtaliya vətəndaşlarının azadlığa buraxılması üçün pul ödənilməsini istəyiblər.
Xatırladaq ki, bu yaxınlarda Rusiya hökuməti telefon fırıldaqçılarına qarşı mübarizə aparmaq məqsədilə biometriyadan istifadə etməklə həll yolu hazırlayır. Fırıldaqçıların biometriya məlumat bazasının yaradılması əməliyyat identifikasiyası sayəsində internet-cinayətlərinin müəyyənləşdirilməsinin effektivliyini artıracaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:31 / 16.02.2025
Süni intellektin köməyi ilə xeyli pul oğurlandı
Hazırda oxunan: Süni intellektin köməyi ilə xeyli pul oğurlandı
Hazırda oxunan: Süni intellektin köməyi ilə xeyli pul oğurlandı
235052
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.