Ağstafada yanğın: Çoxlu sayda ev quşu tələf oldu

Ağstafada yanğın: Çoxlu sayda ev quşu tələf oldu

Hazırda oxunan: Ağstafada yanğın: Çoxlu sayda ev quşu tələf oldu

234971

Ağstafada cücə sexində yanğın olub, çoxlu sayda ev quşu tələf olub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində yerləşən 1976-cı il təvəllüdlü İlqar Əzizova məxsus cücə sexində qeydə alınıb.

Ümumi sahəsi 400 kvadratmetr olan sexin 300 kvadratmetr sahəsi yanıb.

Nəticədə içərisində olan xeyli sayda 3 günlük cücələr və digər ev quşları tələf olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO