Ucarda dəhşətli qəza: 2 ölü, 12 yaralı var - FOTO/VİDEO

Ucarda dəhşətli qəza: 2 ölü, 12 yaralı var - FOTO/VİDEO

Hazırda oxunan: Ucarda dəhşətli qəza: 2 ölü, 12 yaralı var - FOTO/VİDEO

234959

Ucarda dəhşətli yol qəzası baş verib, ölənlər və yaralılar var.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı 13 avtomaşının toqquşması  nəticəsində 2 nəfər ölüb, 12 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Qəzaya uğrayan “Mercedes”in sürüsüsü yerli büromuza bildirib ki,  hadisə bir anda baş verdi, qarşıda baş verən qəzanı  görməyən “KamAZ” markalı yük maşınının sürücüsü avtomobillərə çırpıldı”.

Hadisə zamanı xəsarət alanların bir qismi Ucar rayon Mərkəzi Xəstəxanasına, bir qismi isə Göyçay rayon Mərkəzi xəstəxanasına aparılıb.

Hadisənin ağırlığı nəzərə alınaraq hadisə yerinə Göyçay rayon Mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası köməyə gəlib.

Qəza zamanı xəsarət alanlar 45 yaşlı Ruslan Məmmədov, 18 yaşlı Səbinə Əliyeva, 56 yaşlı Mərdan Qasımov, 65 yaşlı Sahib Əhmədov, 58 yaşlı Nəcibə Abdullayeva, 70 yaşlı Əlövsət Əliyev, 42 yaşlı Aftandil Hüseynov, 44 yaşlı Niyaməddin Məmmədov, 65 yaşlı Günəş Əliyeva, 5 yaşlı Nəriman Allahverdizadə, 44 yaşlı Əlizamin Məmmədov xəstəxanaya yerləşdirilib.
Qəzada dünyasını dətişənlərin meyitləri isə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

Hazırda fakt araşdırılır.

 

 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO