Şəmkirdə ƏMƏLİYYAT: Odlu silahlar və narkotik aşkarlandı - VİDEO

Şəmkirdə ƏMƏLİYYAT: Odlu silahlar və narkotik aşkarlandı - VİDEO

Hazırda oxunan: Şəmkirdə ƏMƏLİYYAT: Odlu silahlar və narkotik aşkarlandı - VİDEO

234903

Şəmkirdə 3 nəfərdən odlu silahlar və narkotik vasitələr aşkarlanıb.
 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Şəmkirdə polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və üzərində odlu silah-sursat saxlayan 41 yaşlı Ruslan Musayev, 36 yaşlı Ramin Adıgözəlov və 35 yaşlı Arzu Əlizadə saxlanılıblar. R.Musayevdən marixuana, “Kalaşnikov” avtomatı, daraq, 12 ədəd patron, R.Adıgözəlovdan “Makarov” tapançası, sandıqça, 4 ədəd patron, A.Əlizadədən isə 4 kiloqrama yaxın narkotik vasitə tiryək və heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO