“Fotojurnalistikaya Dəstək Proqramı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - FOTO / VİDEO

“Fotojurnalistikaya Dəstək Proqramı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - FOTO / VİDEO

Hazırda oxunan: “Fotojurnalistikaya Dəstək Proqramı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - FOTO / VİDEO

234896

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində keçirilən layihənin qaliblərinin mükafatlandırma mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, BDU, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində baş tutub.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və digər şəxslərin iştirak etdiyi tədbirdə sözügedən müsabiqənin qalibləri açıqlanıb. Müsabiqədə qalib seçilən BDU-nun Jurnalistika fakültəsinin tələbələri Nəzri Süleymanova və Aytən Babaşova diplom və pul mükafatı ilə təltif edilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, bu müsabiqə təlimlərdə iştirak edib, sertifikat alan gənc fotojurnalistlər arasında keçirilib.

Qeyd edək ki, “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində keçirilən dördgünlük təlimlər BDU-da baş tutub. Sertifikatların təqdimetmə mərasimi isə Mətbuat Şurasında keçirilib.

Təlimlərdə BDU-nin Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, fotojurnalistika üzrə mütəxəssis Mirakif Babayev, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü Vüqar İbadov, BDU Jurnalistika fakültəsinin müəllimi Aygün Qurbanlı, “Anadolu” agentliyinin foto müxbiri Ruslan Rəhimov və Rəsul Rəhimov, “Reuters” agentliyinin əməkdaşı Əziz Elxanoğlu öz təcrübələrini gənc fotojurnalistlərlə bölüşüblər.

Xatırladaq ki, bu təlimlər, Azərbaycanda gənc fotojurnalistlərin və bu sahədə çalışmaq istəyən tələbələrin yaradıcılıqlarını inkişaf etdirmək və kommersiyalaşdırmaq üçün imkanlar yaratmaq məqsədi güdür. Layihə, fotojurnalistlərin və tələbələrin işlərini rəqəmsal platformalarda yaymaq və satmaq üçün imkanlar yaratmaq, həmçinin yerli və beynəlxalq əməkdaşlıqları təşviq etməkdədir.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO