“Doktorantura təhsili kökündən dəyişməlidir” - Qarabağ Universitetinin prorektoru - FOTO

“Doktorantura təhsili kökündən dəyişməlidir” - Qarabağ Universitetinin prorektoru - FOTO

Hazırda oxunan: “Doktorantura təhsili kökündən dəyişməlidir” - Qarabağ Universitetinin prorektoru - FOTO

234877

“Ölkədə doktorantura ilə bağlı müzakirələr başlayanda düşündüm ki, bu mövzuya geniş və dərin şəkildə toxunan, həm mövcud vəziyyəti, həm də beynəlxalq təcrübəni əhatə edən bir yazı hazırlayım. Çünki uzun illər rəhbərlik etdiyim mərkəzin tərkibində doktorantura şöbəsi olub, bu sahədə hüquqi və təşkilati işlərdə aktiv iştirak etmişəm. Müdafiə şurasının sədr müavini və elmi seminarların üzvü kimi bu prosesləri yaxından izləyib təcrübə qazanmışam. Xaricdə PhD təhsili aldığım proqram beynəlxalq akkreditasiyadan keçmişdi və həmin müddətdə eyni institutda işləmək imkanım da olub. Daim bu sahədə yenilikləri izləyirəm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov “facebook” hesabında yazıb.

“Məqalənin strukturunu və əsas suallarını da hazırladım. Lakin bir neçə günlük düşüncədən sonra yazmaqdan imtina etdim. Çünki doktoranturaya qəbuldan başlayaraq ixtisaslar, təhsil prosesi, qoyulan tələblər, dissertasiya müdafiəsi, diplomun əldə olunması və xaricdən alınan diplomların təsdiqinə qədər bütün mərhələləri nəzərdən keçirdikdə, burada sadəcə müəyyən dəyişikliklərə ehtiyac olduğunu deyil, hətda üzərində dayanıb təkmilləşdiriləcək bir tərəfinin olmadığını, bütövlükdə sistemin köklü şəkildə yenilənməli olduğunu gördüm. Bir-iki MDB ölkəsini çıxmaq şərti ilə, dünya ilə müqayisə ediləcək heç bir tərəfimiz yoxdur.

Buna görə də uzun-uzadı təhlil və təkliflər yazmaqdansa, qısa və konkret deyim: Doktorantura təhsili kökündən dəyişməlidir!”, - deyə prorektor əlavə edib.

Qeyd edək ki, Fariz Əhmədov 2024-cü il iyulun 29-da Qarabağ Universitetinin prorektoru təyin olunub. O, daha əvvəl Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif vəzifələrdə çalışıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO