Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Şəfayət Avılbəyli sosial şəbəkə hesabında məlumat verib.
Əməkdar jurnalist 86 yaşında uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumub.
Qeyd edək ki, Yasin Qaraməmmədli Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fəlsəfə və sosial fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru idi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 7 noyabr tarixli 2419 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bizim.Media