DİQQƏT: Dırnaqlardakı bu izlər xərçəngin ilk XƏBƏRÇİSİDİR – FOTO

DİQQƏT: Dırnaqlardakı bu izlər xərçəngin ilk XƏBƏRÇİSİDİR – FOTO

Hazırda oxunan: DİQQƏT: Dırnaqlardakı bu izlər xərçəngin ilk XƏBƏRÇİSİDİR – FOTO

234863

Əsrin bəlası olan onkoloji xəstəliklər insan orqanının müxtəlif hissələrində baş qaldıra bilir. Bu xəstəliklərin bir çoxunun müalicəsi mümkün olmasa da, vaxtında müdaxilə ilə bəzilərinin qarşısını almaq olur. Bunun üçünsə xəstəliyi erkən dövrdə aşkar etmək lazımdır.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, xərçəngin ilkin əlamətləri dırnaqlarda özünü biruzə verir.

Belə ki, dırnaqlarda görünən xərçəngin əsas əlaməti dırnaq yatağının nahiyəsində qəhvəyidən qaraya qədər müxtəlif rəngli zolaqların görünməsidir. Onlar ya bütün dırnaq yatağını tuta, ya da təcrid oluna bilərlər. Mütəxəssislər kövrək dırnaqlara və çatların görünüşünə diqqət yetirməyi tövsiyə edirlər. Göbələk və ya yoluxucu dırnaq lezyonlarının uzun və uğursuz müalicəsindən sonra da həkimlərlə əlaqə saxlamaq vacibdir.

Həkimlərin fikrinə görə xəstəliyin təsvir etdiyi dırnaq dəyişiklikləri melanoma və digər dəri xərçənginin əlamətləri ola bilər. Yuxarıda qeyd olunan əlamətlər aşkar edilsə belə, dırnaq yatağındakı dəyişikliklər heç də həmişə bədxassəli olmur. Bir çox xoşxassəli formasiyalar da var. Ona görə də dırnaqlarda hər hansı bir dəyişiklik nəzərə çarparsa, hökmən həkimə müraciət etmək lazımdır.

Məsələn, ötən ilin iyul ayında İngiltərədən olan 73 yaşlı təqaüdçünün gözəllik salonuna gedərkən onda ağciyər xərçəngi olduğu aşkar edilib. Manikür ustası onun dırnaqlarının qəribə formasını görüb və tez bir zamanda həkimə müraciət etməyi tövsiyə edib.



Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO