Təhsil nazirindən Ramiz Mehdiyevə MESAJ: “Alimləriniz...”

Təhsil nazirindən Ramiz Mehdiyevə MESAJ: “Alimləriniz...”

Hazırda oxunan: Təhsil nazirindən Ramiz Mehdiyevə MESAJ: “Alimləriniz...”

23486

“Tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur. Hesab edirəm ki, bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir”.

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin fikrincə, bu məsələnin həllində mürəkkəb heç nə yoxdur:

“Önəmlisi odur ki, dünya elmi araşdırmaların və tədqiqatların standartlarını müəyyən edib. Hər bir sahədə olduğu kimi elm də ölçülə biləndir. Bu gün zəif və ya güclü alimi görə bilirik. Get-gedə yaxşı, pis və güclü yox, ölçülə bilən indekatorla təmsil olunan elm adamlarını görməliyik və görəcəyik, çünki başqa yolu yoxdur”.

E.Əmrullayev bildirib ki, son illər ərzində azərbaycanlı alimlərin yazdığı məqalələrin sayında dəyişiklik nəzərə çarpır:

“Bu sayı daha da artırmaq lazımdır. Kimlərin həmin məqalələrdən sitat gətirməsi məsələsi də önəmlidir. Gündə bir neçə saatlıq tədqiqat aparmaqla dünya alimləri ilə rəqabət aparan alim nəsli yetişdirə bilmərik. Odur ki, çalışqan olmaq lazımdır”. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO