Son illərdə sağlam həyat vərdişləri çərçivəsində populyarlaşan qidalardan biri də şirin kartofdur.
Bizim.Media “publika.az”a istinadən xəbər verir ki, mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu tərəvəzi gündəlik qida rasionunuza əlavə etmək üçün tutarlı səbəblər var.
Birincisi, şirin kartof vitaminlə zəngindir və gündəlik A vitamini ehtiyacınızın çoxunu ödəyə bilər.
Eyni zamanda, immunitet sistemini gücləndirir və dəridə hüceyrələrin bərpasını təşviq edir. Şirin kartof C vitamini, kalium və manqanla da zəngindir. Həmçinin tərkibindəki sağlam pəhriz lifləri sayəsində həzmi tənzimləyir və dəstəkləyir, uzun müddət toxluq hissi verir.
Şirin kartof aşağı glisemik indeksi olan qidalar arasındadır. Yəni qan şəkərində qəfil artım və azalmaların qarşısını almağa kömək edir.
Qeyd edək ki, şirin kartofun bir kiloqramının Azərbaycanda pərakəndə satış qiyməti 6 manatdan başlayır. Həmçinin bəzi mağazalarda idxal edildiyi ölkədən asılı olaraq 10-15 manata təklif olunur.
Bizim.Media
![Kilosu 10 manatdır: Faydasını bilsəniz, hər gün alacaqsınız Kilosu 10 manatdır: Faydasını bilsəniz, hər gün alacaqsınız](https://bizim.media/file/articles/2025/02/15/1739594673_11.jpg)
- A-
- A
- A+
Cəmiyyət
08:55 / 15.02.2025
Kilosu 10 manatdır: Faydasını bilsəniz, hər gün alacaqsınız
Hazırda oxunan: Kilosu 10 manatdır: Faydasını bilsəniz, hər gün alacaqsınız
Hazırda oxunan: Kilosu 10 manatdır: Faydasını bilsəniz, hər gün alacaqsınız
234839
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.