Baltalayıb adamı öldürdü, qaçanda maşın vurdu - Film kimi CİNAYƏT - VİDEO

Baltalayıb adamı öldürdü, qaçanda maşın vurdu - Film kimi CİNAYƏT - VİDEO

Hazırda oxunan: Baltalayıb adamı öldürdü, qaçanda maşın vurdu - Film kimi CİNAYƏT - VİDEO

234831

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan Təbriz Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Təbriz Həsənov bundan əvvəl qəsdən adam öldürmə maddəsi ilə məhkum olunub.

Təqsirləndirilən şəxs ittiham aktını almadığını bildirib.

Təbriz Həsənov ittiham aktını almadığından hazırlıq iclasının davamı fevralın 21-nə kimi təxirə salınıb.

Xatırladaq ki, ötən il oktyabrın 13-ü saat 22 radələrində Yasamal rayonu ərazisindən Kliniki Tibbi Mərkəzə ağır xəsarətlərlə Azər İbrahimov çatdırılsa da, orada dünyasını dəyişib.

Təcili Tibbi Yardıma və polisə zəng edən vətəndaş, onu küçədə zibil qutularının yanında aşkar etməsi haqda məlumat verib.

Araşdırma zamanı məlum olub ki, Azər İbrahimov tanışları ilə birlikdə kafedə yeyib-içdikdən sonra dava zamanı naməlum şəxs balta ilə onun qoluna və kürəyinə zərbələr endirib.

Cinayəti törədib, hadisə yerindən uzaqlaşmaq istəyən Təbriz Həsənov naməlum avtomobil tərəfindən vurulub. Nəticədə o, xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Sağalandan sonra, onun barəsində həbs tədbiri seçilib və o, istintaq təcridxanasına köçürülüb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO