Aparıcı universitetləri bir araya gətirən LAYİHƏ - "SABAH.city" ilə bağlı Anlaşma Sazişi İMZALANDI – FOTO

Aparıcı universitetləri bir araya gətirən LAYİHƏ - "SABAH.city" ilə bağlı Anlaşma Sazişi İMZALANDI – FOTO

Hazırda oxunan: Aparıcı universitetləri bir araya gətirən LAYİHƏ - "SABAH.city" ilə bağlı Anlaşma Sazişi İMZALANDI – FOTO

234791

Bu gün Elm və Təhsil Nazirliyinin bazasında Yüksək Texnologiyalar Parkı və ali təhsil müəssisələri arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığın qurulmasına dair Anlaşma Sazişinin imzalanma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın çıxışı ilə başlayıb.

Ü.Səttarova bildirib ki, sözügedən layihə elm sahəsində böyük bir çağırış və yüksək bir işin başlanğıcıdır. Onun sözlərinə görə, bu, gələcək təhsil və elm innovasiyalarının formalaşmasında yeni mərhələ olacaq.


O, elm və təhsilyönümlü müəssisələrlə istehsalat və biznes qurumları arasında əlaqələrin zəif olmasını vurğulayıb:

"Buna görə də ölkənin aparıcı universitetlərinin bir araya gəlməsi faydalı olacaq. Bu, həm də böyük bir işin başlanğıcı deməkdir. Biz layihənin formal xarakter daşımasını istəmirik. Ümid edirik ki, ölkənin iqtisadiyyati və təhsilin perspektivi üçün mühüm töhfə verecək".

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev isə qeyd edib ki, "Sabah.City" Azərbaycan elm və təhsil məkanında yeni bir yanaşmanın göstəricisidir.


"Müasir təhsil sisteminə keçid baxımından tələbələrin inkişafına yönəlmiş, startap yönümlü layihədir. Bu, həm ortaq layihələrin həyata keçirilməsi və elmi əməkdaşlığın artırılmasına xidmət edəcək. Təkrarçılıqdan və israfçılıqdan xilas edəcək".

Rektor həmçinin diqqətə çatdırıb ki, Bakı Dövlət Universiteti SABAH qrupları ilə 8 ixtisas üzrə birgə əməkdaşlığa hazırlaşır.

Tədbiri çıxışı ilə davam etdirən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev də sazişin önəmindən bəhs edib:


"İlk olaraq biz o parkın iştirakçıları olaraq digər universitetlərə də yenilikləri tətbiq etməli, genişləndirməliyik. Birgə laborotirayaların yaradılmasını həyata keçirməliyik. Layihə çərçivəsində magistr və doktora proqramlarına bir daha nəzər salmalıyıq. Bu sahədəki boşluqları doldurmalıyıq".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov isə universitetlərin burada iştirakının vacib olduğunu vurğulayıb:


"SABAH.City innovasiya üçün tələb olunan bütün komponentləri özündə birləşdirəcək bir mühitə çevriləcək".

Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov isə SABAH.City layihəsinin məqsədləri barədə məlumat verib:


"Layihənin ümumi ərazisi 20 hektardır. Ofis məkanları, tədris məkanları, ictimai iaşə obyektlərinin qurulması hədəflənir. 6 rezident qrupu olacaq. Ali təhsil müəssisələri, elmi-tədqiqat müəssisələri, innovasiya ekosisteminin oyunçuları və s. cəlb edilməsi planlaşdırılır".

Sonda Yüksək Texnologiyalar Parkı və ali təhsil müəssisələri arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığın qurulmasına dair Anlaşma Sazişi imzalanıb.


















Ayşən Rəhim, Pərviz Allahverdiyəv, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO