Adətən yaşlılar arasında ayaq, bel ağrısı daha çox müşahidə olunur. Ancaq son vaxtlar qocalarla yanaşı, gənclər də bel, ayaq ağrılarından şikayət etməyə başlayıblar. Bunu gah ümumi, gah da şəxsi səbəblərlə əlaqələndirənlər var.
Bizim.Media mövzu ilə bağlı professor, tibb eksperti Adil Qeybullanın fikirlərini öyrənib.
Həkim bildirib ki, bel, oynaq ağrılarının səbəbləri müxtəlif ola bilər. O bu səbəbləri 2 qrupa ayırıb:
“Bunların bir hissəsi xəstəliklərə, bir hissəsi isə həyat tərzinə bağlıdır. İlk səbəb olaraq birləşdirici toxuma xəstəliklərini və s göstərmək olar.
Hazırda bel ağrıları, disk yırtıqları geniş yayılıb və bunlar oturaq həyat tərzinə bağlıdır. İnsanlar daha çox qida qəbul edir, az hərəkət edib, oturaq həyat tərzi isə onurğa sütunun elastikliyini azaldır. Buna görə də el arasında "duzlaşma" deyilən proseslər, mübadilə pozuntuları inkişaf edir. Elastik yerlərdə bərkimələr yaranır. Məsələn, xanımlarımızın əksəriyyəti 40 yaşdan sonra oynaq ağrılarından şikayət edir. Bu da bədən çəkisinin artıq olması, az hərəkətlilik və s-dən yaranır”.
Bəs sadalanan şikayətlərin qarşısını necə almaq olar?
Adil Qeybulla əlavə edib ki, sağlamlaşdırıcı proqrama ehtiyac var:
“Kütləvi idman, insanlara qida mədəniyyətinin təbliğ edilməsi və s olmasa, əlbəttə əmək qabiliyyəti azalacaq, ömür qısalacaq, həmçinin, bu cür şikayətlərdən xilas ola bilməyəcəyik”.
Nəzrin Mirzəyeva, Bizim.Media
![Vaxtsız “QOCALAN”lar - Gənclər arasında artan oynaq ağrıları bu xəstəlikdən XƏBƏR VERİR Vaxtsız “QOCALAN”lar - Gənclər arasında artan oynaq ağrıları bu xəstəlikdən XƏBƏR VERİR](https://bizim.media/file/articles/2025/02/14/1739539884_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 15.02.2025
Vaxtsız “QOCALAN”lar - Gənclər arasında artan oynaq ağrıları bu xəstəlikdən XƏBƏR VERİR
Hazırda oxunan: Vaxtsız “QOCALAN”lar - Gənclər arasında artan oynaq ağrıları bu xəstəlikdən XƏBƏR VERİR
Hazırda oxunan: Vaxtsız “QOCALAN”lar - Gənclər arasında artan oynaq ağrıları bu xəstəlikdən XƏBƏR VERİR
234778
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.