Xəbər verdiyimiz kimi, Ağdam rayonunda mina hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Ağdamda yük maşını minaya düşdü
Bildirilib ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində 2025-ci il 14 fevral tarixində mina hadisəsi baş verib.
Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Fayiq Ərşad oğlu Məmmədov idarə etdiyi HOWO markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media