Naxçıvanda quş qripinə qarşı epizootoloji monitorinqlər aparılır

Naxçıvanda quş qripinə qarşı epizootoloji monitorinqlər aparılır

Hazırda oxunan: Naxçıvanda quş qripinə qarşı epizootoloji monitorinqlər aparılır

234671

Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin 10-11 fevral tarixlərində muxtar respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçirilib.

Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, agentlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılan monitorinq risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarını, milli parkların su-bataqlıq, çaysahili zonaları və digər əraziləri əhatə edib, vəhşi quşlara ümumi baxış keçirilib.

Muxtar respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülüb.

Müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb və epizootoloji məlumatlar toplanaraq təhlil edilir. Monitorinqlər çərçivəsində müşahidə aparılan ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil edilib.

Qeyd edək ki, monitorinq zamanı götürülmüş nümunələrin Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO