Baş redaktor: "USAİD-in bağlanması ilə “Turan”ın da özünü buraxması bir etirafdır" - FOTO

Baş redaktor: "USAİD-in bağlanması ilə “Turan”ın da özünü buraxması bir etirafdır" - FOTO

Hazırda oxunan: Baş redaktor: "USAİD-in bağlanması ilə “Turan”ın da özünü buraxması bir etirafdır" - FOTO

234664

“Turan” informasiya agentliyi bağlandığını rəsmən elan etdi. Səbəb kimi maliyyə çətinliyi göstərilir. Doğrudur, amma həqiqəti tam açıqlamırlar".

Bizim.Media xəbər verir ki, bu barədə Demokrat.az saytının baş redaktoru Vasif Həsənli özünün “Facebook” hesabında paylaşım edib.

"Tam həqiqət belədir ki, ABŞ-da Tramp Administrasiyasının USAİD-i bağlaması bu təşkilatın dünyanın müxtəlif ölkələrində maliyyələşdirdiyi təşkilatları, o cümlədən, “Turan”ı da çətin vəziyyətə salıb. Artıq maliyyə mənbəyi olmayan agentlik fəaliyyət göstərə bilmir.

Bu, “Turan”ın gerçək fəaliyyətini də ortaya çıxardı. Agentlik daim “müstəqil” olduğunu əlində bayraq edir, heç bir asılılığının olmadığını irəli sürürdü. Hərçənd ki, agentliyin USAİD-dən maliyyələşdiyi, SOROS şəbəkəsinə bağlı olduğu sirr deyildi, sadəcə bunu etiraf etmirlər, bu haqda deyilənlərə qarşı çıxırdılar. USAİD-in bağlanması ilə “Turan”ın da özünü buraxması bu faktın etirafıdır!"- deyə, V. Həsənli qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO