“Neft Daşları” - Dübəndi neft xəttində sızma aradan qaldırıldı

“Neft Daşları” - Dübəndi neft xəttində sızma aradan qaldırıldı

Hazırda oxunan: “Neft Daşları” - Dübəndi neft xəttində sızma aradan qaldırıldı

234634

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində "Azneft” İstehsalat Birliyinin (İB) “Neft Daşları” – Çilov – Şah saçı – Dübəndi neft xəttində təmir-bərpa işləri 11 fevral saat 12:00-da tam başa çatdırılıb. Saat 13:30-dan etibarən isə yeni boru kəmərinin tədricən istismara qaytarılmasına başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq “Azneft” İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı aidiyyəti dövlət qurumları və Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən digər operatorlarla əlaqə yaradılıb, məlumat mübadiləsi və sızmanın qarşısının alınması üzrə müvafiq tədbirlərin əlaqələndirilməsi həyata keçirilib.

Qeyri-sabit hava şəraitinin nisbətən sabitləşdiyi 9 fevral tarixindən etibarən bir sıra tədbirlərin icrasına başlanılıb. Tankerlər Neft Daşlarına yan alaraq və neftin daşınmasını həyata keçirib, beləliklə hasilata təsirin minimuma endirilməsi, habelə zədələnən boru kəməri ilə nəqlin dayandırılması təmin edilib, bununla sızma aradan qaldırılıb.

Boru kəmərinin təmir-bərpası prosesi çərçivəsində uzaqdan idarə olunan robot (ROV) suya buraxılıb, dalğıc xidməti mobilizə edilib. Həmçinin hadisə yerinə sualtı baxış keçirilib, müşahidələr əsasında təmir-bərpa işlərinin planı dəqiqləşdirilib

Qeyd edək ki, fevralın 7-də “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” – Çilov – Şah saçı – Dübəndi neft xəttində sızma müşahidə edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO