Samir Həziyev ADY-nin Yük daşımaları departamentinə rəhbər TƏYİN OLUNDU

Samir Həziyev ADY-nin Yük daşımaları departamentinə rəhbər TƏYİN OLUNDU

Hazırda oxunan: Samir Həziyev ADY-nin Yük daşımaları departamentinə rəhbər TƏYİN OLUNDU

234632

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub. ADY-nin Yük daşımaları departamentinə rəhbərlik Samir Həziyevə həvalə olunub.

Samir Həziyev 1982-ci ildə anadan olub.

2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavriat və magistratura pillələrini bitirib, daha sonra Dünya Bankının təqaüd proqramını qazanaraq ABŞ-nin Kolumbiya Universitetinin dövlət idarəçiliyi üzrə magistratura pilləsində təhsil alıb.

Əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankında iqtisadçı kimi başlayıb, sonra Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildən İnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Yük daşımaları departamentinin rəisi Emil Əhmədov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.

Emil Əhmədov ADY-də 2016-cı ildə fəaliyyətə başlayıb, bir çox uğurlu layihələrin həyata keçirilməsinə və qurumun inkişafına böyük töhfə verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO