2022-ci ilin mart ayından 2024-cü ilədək ümumilikdə 1 milyon 897 min 588 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Statistika Komitəsi yayıb.
Komitədən bildirilib ki, 2022-ci il ərzində Rusiyadan 446 min 712 nəfər, Ukraynadan isə 27 min 741 nəfər ölkəyə daxil olub.
2023-cü ildə isə Rusiyadan Azərbaycana gələnlərin sayında kəskin artım müşahidə olunub. Belə ki, ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. Ötən il 31 min 267 Ukrayna vətəndaşı da Azərbaycana daxil olub.
Ötən ildə isə 730 min 971 nəfər Rusiya, 36 min 144 Ukrayna vətəndaşı da Azərbaycana giriş edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Bizim.Media
![Müharibə başlayandan bəri 2 milyona yaxın Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib Müharibə başlayandan bəri 2 milyona yaxın Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib](https://bizim.media/file/articles/2025/02/13/1739453090_5291879826342408690-1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 13.02.2025
Müharibə başlayandan bəri 2 milyona yaxın Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib
Hazırda oxunan: Müharibə başlayandan bəri 2 milyona yaxın Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib
Hazırda oxunan: Müharibə başlayandan bəri 2 milyona yaxın Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib
234620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.