Həkimlərin maaşlarının verilməməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Həkimlərin maaşlarının verilməməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Həkimlərin maaşlarının verilməməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

234589

Tibb işçilərinin yanvar ayı üzrə maaşlarının verilmədiyi iddia olunur. Bununla bağlı bəzi tibb işçiləri tərəfindən sosial şəbələrdə məlumatlar paylaşılıb. Qeyd olunub ki, fevral ayının ortası olsa da, onların yanvar ayı üçün maaşları hələ də verilməyib.

Bizim.Media məsələni aydınlaşdırmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə yaradıb.  

Agentliyin mətbuat xidmətinin Bizim.Media-nın sorğusuna cavabını təqdim edirik:
 

“TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan səhiyyə işçilərinə yanvar ayı ərzində aylıq vəzifə (tarif) maaşı və aylıq sabit həvəsləndirici əlavələr verilib.


Ekspertiza planına əsasən son reyestrlər tamamlandıqdan sonra işin nəticəsinə görə həkimlərə verilən həvəsləndirici əlavələr (bonuslar) ödəniləcək”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO