Zaqatala şəhərinin zibil poliqonu ötən əsrin 60-cı illərində şəhərin şimal-qərb hissəsində salınıb. O zaman bu poliqon şəhərdən xeyli aralı və heç bir təhlükə mənbəyi hesab edilməyən ərazidə yerləşirdi.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son illər şəhərin infrasturukturunun böyüməsı xüsusən Şimal-qərb massivinin salınması ilə həmin poliqonun da yerinin dəyişdirilməsini vacib edirdi. Bu barədə ötən il sakinlərin haqlı narazılığı haqda bəhs etmiş, müvafiq qurumların fikir və rəyini dinləmişdik. Bir neçə ay əvvəl Zaqatala şəhərinin yeni zibil poliqonunun yeri müəyyənləşib. Bu isə Mazıx kənd sakinlərini narahat etməyə başlayıb. Əməkdaşımız sakinlərlə görüşüb, şəhər rəhbərliyinin məsələyə münasibətini öyrənib.
Zaqatala şəhərinin yeni inkişaf strukturu poliqonun yerinin dəyişdirilməsini zəruri edən əsas amillərdən biri idi. Təkcə bu ərazidə son beş ildə 200-dən artıq yeni fərdi mənzillər inşa edilib. Məsələyə müvafiq qurumların rəyi və məsləhəti ilə baxılıb və Katex çayın sol sahilində yer ayrılıb. Bu isə Mazıx kənd sakinlərinin ürəyincə deyil.
Mazıx kənd sakin Akif Abdullayev bildirir ki, kənd sakinlərinin ərazidə pay torpaqları var. Yaxınlıqda isə şəhərin zibilini atmaq üçün quyu qazıblar.
Digər kənd sakini İsa Məmməd zibil poliqonuna çevrilən ərazinin onların mal-qara örüş yeri olduğunu bildirir:
“Bizim mal-qara bu əraziyə gəlir. Pay torpaqlarımız da buradadır, örüş yerləri də buralardır. Üstəlik 10-15 km aralıda həyət evləri də var. Biz istəyiik burada deyil, başqa bir meşəlikdə olsun. Çünki zibil poliqonu digər yaşayış məntəqələri üçün də təhlükə yaradır”.
Zaqatala rayon icra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Oruc Qaraxanov isə deyilənlərin əsası olmadığını, müvafiq dövlət orqanlarının əraziyə baxış keçirəndən, dövlət balansında olduğunu tam dəqiqləşdirəndən sonra onların rəyi əsasında tam qanuni bir ərazi seçildiyini diqqətə çatdırır.
“Aidiyyəti dövlət qurumlarının birgə rəyi və razılığı əsasında zibil poliqonu şəhərə nisbətən yaxın, həmin ərazidən başqa bir əraziyə köçürülüb. Hazırda şəhərin zibilləri həmin əraziyə daşınır. Bu gün texniki şərtlərə uyğun olaraq və eyni zamanda təhlükəsizlik tələblərinə qorunmaqla həmin ərazidə işlər görülür. Həmin ərazidə heç bir yaşayış məntəqəsi yoxdur, yəni yaşayış ərazisi deyil. Qeyd etmək istərdim ki, tamamilə məqsədəmüvafiq bir yer seçilib”, - deyən şəhər nümayəndəsi dövlət orqanlarının da məsələyə müsbət rəy bildirdiyini diqqətə çatdırdı.
O.Qaraxanov onu da əlavə edib ki, hazırda poliqonun yerinin dərinləşdirilməsi istiqamətində iş gedir. Eyni zamanda tezliklə zibil poliqonunun ətrafı mühafizəyə alınacaq. Bu da ilk növbədə mal-qaranın təhlükəsizliyi deməkdir. Digər tərəfdən küləkli havalarda müxtəlif kağız parçası və etilen paketlərin kənara dağılmasının qarşısını alacaq. Bununla yanaşı ərazidə nümayəndəliyin daimi işçiləri zibillərin boşaldılmasına və tənzimlənməsinə nəzarət edəcək.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu
![Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB – FOTOFAKT Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB – FOTOFAKT](https://bizim.media/file/articles/2025/02/13/1739445161_5292037662095566978-2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 13.02.2025
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB – FOTOFAKT
Hazırda oxunan: Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB – FOTOFAKT
Hazırda oxunan: Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB – FOTOFAKT
234587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.