La-Ninya adlanan qlobal təbiət hadisəsi başa çatsa da, növbəti bir neçə ay ərzində Sakit okeanın tropik hissəsində “neytral” hava şəraiti davam edəcək. Bu yay aylarında, xüsusən Şimali yarımkürəsində havanın temperaturunun orta statistik göstəricilərdən yüksək olacağı gözlənilir.
Bizim.Media BMT-nin xəbərlər xidmətinə istinadla bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bəyan edib.
Şərqi Avropa, Aralıq dənizi və Şimali Amerika da daxil olmaqla, dünyanın bir çox yerlərində yağıntıların orta göstəricilərdən aşağı olacağı gözlənilir.
Bununla yanaşı, ekspertlər bildirirlər ki, hazırda bütün təbii iqlim hadisələri insan fəaliyyətinin yaratdığı iqlim dəyişikliyi kontekstində baş verir.
“Qlobal istiləşməyə gətirib çıxaran karbon qazının konsentrasiyası hazırda rekord səviyyədədir. ÜMT-nin verdiyi yeni proqnozlara əsasən, 2021-ci ildən 2025-ci ilədək olan müddətdə ən azı bir il bütün müşahidə tarixi ərzində rekord səviyyədə isti keçəcək”, - deyə ÜMT-nin rəhbəri Petteri Taalas söyləyib. (Azərtac)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:12 / 04.06.2021
XƏBƏRDARLIQ: Bu yay havanın temperaturu yüksək olacaq
Hazırda oxunan: XƏBƏRDARLIQ: Bu yay havanın temperaturu yüksək olacaq
Hazırda oxunan: XƏBƏRDARLIQ: Bu yay havanın temperaturu yüksək olacaq
23457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.