XƏBƏRDARLIQ: Vaxtı ötmüş qidaları yeməyin!

XƏBƏRDARLIQ: Vaxtı ötmüş qidaları yeməyin!

Hazırda oxunan: XƏBƏRDARLIQ: Vaxtı ötmüş qidaları yeməyin!

234518

Vaxtı ötmüş və acı tam verən qidaların qəbul edilməsi xərçəng xəstəliyinin inkişafına səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Grow Food"un baş texnoloqu, qidalanma üzrə rusiyalı mütəxəssis Svetlana Qertle-Zaqorskaya "Gazeta.Ru"ya müsahibəsində danışıb.

"Əgər yağ və ya qoz-fındıq xoşagəlməz qoxu və dad verirsə, bu, məhsulun kimyəvi dəyişikliklərə məruz qaldığına dair bir siqnaldır. Bu da sağlamlıq üçün potensial təhlükə deməkdir. Acı tam oksigen, işıq, nəmlik və istiliyin təsiri altında baş verən yağların oksidləşməsi prosesidir. Oksidləşmə nəticəsində məhsullarda sərbəst radikallar əmələ gəlir ki, bu da orqanizmin hüceyrələrini məhv edir, iltihabi proseslərə səbəb olur və ciddi xəstəliklərə yol aça bilər", - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, vaxtı ötmüş və acı tam verən qidalar zəhərlənməyə səbəb ola bilər:

"Belə məhsulların tərkibində zəhərli maddələr var ki, bu da ürəkbulanma, qusma, ishal, başağrısı və digər xoşagəlməz simptomlar yarada bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO