Xurma vitamin və minerallarla zəngin meyvədir.
Bizim.Media xəbər verir ki, xüsusilə A vitamini, C vitamini, kalium və liflə zəngindir.
Xurmanın tərkibindəki immunitet sistemini gücləndirən C vitamini, ağ qan hüceyrələrinin istehsalını artıraraq bədənin infeksiyalara qarşı müqavimətinin artırır. Bu soyuqdəymə və qrip kimi xəstəliklərin yayıldığı qış aylarında xüsusilə vacibdir.
Xurmanın yüksək lif tərkibi həzm sisteminə müsbət təsir göstərir. Bağırsaq hərəkətini təmin edərək qəbizlik kimi problemlərin qarşısını alır.
Bundan əlavə, liflər bağırsaqdakı faydalı bakteriyalar üçün prebiyotik rolunu oynayır. Bu, bağırsaq sağlamlığı ilə əlaqəli olan immunitetə, enerji balansına və ümumi əhval-ruhiyyəyə müsbət təsir göstərir.
Lifli qidalar qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir. Xurma da lifli tərkibi ilə həzmi yavaşlatmaqla yeməkdən sonra qanda şəkərin qəfil qalxmasının qarşısını alır. Bu xüsusiyyət diabet riski olan insanlar üçün xüsusilə faydalıdır.
Xurma tərkibindəki kalium sayəsində ürək sağlamlığını dəstəkləyir. Kalium qan təzyiqini tənzimləyən və yüksək təzyiq riskini azaldan vacib bir mineraldır. Yüksək qan təzyiqi infarkt və insult kimi ciddi ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir. Buna görə kaliumun qəbulu sağlam ürəyə sahib olmaq üçün əhəmiyyətlidir.
Xurmanın tərkibində olan antioksidantlar xolesterolun oksidləşməsinin qarşısını alaraq damar sağlamlığını qoruyur. Xurmanın bu təsiri ürəyi qorumağa və uzun müddətdə sağlam qan dövranı sisteminə sahib olmağa kömək edir.
Bundan başqa antioksidantlar sərbəst radikalların yaratdığı oksidləşdirici stressi azaldır. Bu, hüceyrə zədələnməsinin qarşısını almaq və xroniki xəstəliklərin riskini azaltmaq üçün vacibdir.
Xurma göz sağlamlığı üçün çox vacib olan A vitamininin mənbəyidir. Bu vitamin gözdəki retina hüceyrələrini qoruyur, gecə görmə qabiliyyətini yaxşılaşdırır. Həmçinin yaşa bağlı makula degenerasiyası və katarakt kimi göz xəstəliklərinin riskini azalda bilər.
Xurmanın antioksidant xüsusiyyətləri təkcə sağlamlığa deyil, dəriyə də müsbət təsir göstərir. Xurma qocalma əlamətlərini gecikdirir və dərini daha parlaq və sağlam göstərir.
Bizim.Media