Daha 3 müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri BİLİNDİ

Daha 3 müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri BİLİNDİ

Hazırda oxunan: Daha 3 müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri BİLİNDİ

234467

Bakı-Şəki, Gəncə-Lənkəran və Gəncə-Mingəçevir şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, “Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs “Xan Sarayı” MMC, “Gəncə-Lənkəran” marşrutu üzrə hüquqi şəxs “Min.Avtotrans” MMC, “Gəncə-Mingəçevir” marşrutu üzrə hüquqi şəxs “Gəncə-ekspress” ASC komissiya üzvləri tərəfindən qalib elan olunublar.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
 

Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.


Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO