Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov KİMDİR? - DOSYE

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov KİMDİR? - DOSYE

Hazırda oxunan: Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov KİMDİR? - DOSYE

234463

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev Elnur Şəmistan oğlu Bağırovun Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bizim.Media Elnur Bağırovun dosyesini təqdim edir: 
 

MÖVZU İLƏ BAĞLI:

Elnur Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr TƏYİN EDİLDİ


Elnur Şəmistan oğlu Bağırov 1973-cü ildə Bakı şəhərində anadan olub.

1991-1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1995-ci ildə "Philip Morris" şirkətində başlayıb və 2000-ci ilədək maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb. 

2001-2002-ci illərdə “Coca-Cola” şirkətində Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə media meneceri vəzifəsində çalışıb. 2003-2021-ci illərdə “İmperial Tobacco” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində marketinq üzrə menecer, daha sonra isə nümayəndəliyin rəhbəri olaraq fəaliyyət göstərib.

2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib.

E. Bağırov dövlət başçısının 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO