Məlum olduğu kimi, Azərbaycanda məktəb direktorları və direktor müavinləri sertifikasiyaya cəlb olunacaqlar. Təhsil sahəsində baş verəcək bu yenilik bir qədər canlanma yaratdı.
Bu günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə qeyd edib ki, direktor və direktor müavinlərinin sertifikasiyaya cəlb olunması nəzərdə tutulur. Həmçinin təyinat zamanı namizədlərin sertifikasiya balı da nəzərə alınacaq.
Bəs direktor və müavinlərinin sertifikasiyaya cəlb edilməsi təhsil sisteminə, təhsilin keyfiyyətinə necə təsir edəcək?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya danışıb. O qeyd edib ki, bu proses rəhbərliyin mütəmadi olaraq öz bilik və bacarıqlarını artırmasını tələb edir ki, bu da təhsilin keyfiyyətinə birbaşa təsir edir:
"Bildiyimiz kimi, bu məsələ Elm və təhsil naziri tərəfindən bir mesaj kimi verildi, amma detallar barədə məlumatlar yoxdur. Sertifikasiya nə zaman keçiriləcək, necə əhatələnəcək və s. kimi suallar açıq qalıb. İndiyə qədər məktəb direktorları, müavinlər 20-25 ildir ki, elə təyin olunduğu tədris müəssisələrdə çalışırdılar.
Zaman-zaman direktorların və müavinlərin və müəllimlərin maaşları ilə bağlı məsələlər gündəmə gəlir. Onların sertifikasiyası mövzusu müzakirə edilir. Adətən şikayət edirlər ki, necə olur direktorların tabeliyində olan müəllimlər sertifikasiya olunur, amma məktəb rəhbərlərinin liderlik bacarıqları yoxlanılmır. Bu səbəbdən də düşünülür ki, direktorlar və müavinləri üçün də bu proses həyata keçəcək. Bir məsələ də var ki, məktəb direktorları və müavinlər həm də hər hansı bir sahə üzrə ixtisaslaşmış müəllimdirlər. Sertifikasiya ilə onlara imkan yaranmış olacaq ki, vəzifələrindən azad olunduqdan sonra ixtisas müəllimi kimi işləyə bilsin və kənarda qalmasın", - o, deyib.
Ekspertin sözlərinə görə bu, sertifikasiya ideyası nəzəri baxımdan məntiqlidir:
“Məktəb direktorlarının və müavinlərinin bilik, bacarıq və idarəetmə qabiliyyətlərinin qiymətləndirilməsi təhsilin keyfiyyətinin artırılmasına töhfə verə bilər. Həm də söz-söhbətə son qoyulacaq. Direktor və müavinlərin iş qabiliyyəti, bilik-bacarıqları, ixtisas uyğunluğu yoxlanacaq",- deyə M.Məmmədli fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media
![Direktorların NƏZƏRİNƏ: Sertifikasiya ilə bağlı MÜHÜM AÇIQLAMA Direktorların NƏZƏRİNƏ: Sertifikasiya ilə bağlı MÜHÜM AÇIQLAMA](https://bizim.media/file/articles/2025/02/12/1739361773_5289785862281881885.jpg)
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 13.02.2025
Direktorların NƏZƏRİNƏ: Sertifikasiya ilə bağlı MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Direktorların NƏZƏRİNƏ: Sertifikasiya ilə bağlı MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Direktorların NƏZƏRİNƏ: Sertifikasiya ilə bağlı MÜHÜM AÇIQLAMA
234428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.