Lerikdə erməni qıza məxsus tələbə bileti tapılıb?

Lerikdə erməni qıza məxsus tələbə bileti tapılıb?

Hazırda oxunan: Lerikdə erməni qıza məxsus tələbə bileti tapılıb?

234414

Sosial mediada Lerik rayonunda erməni qıza məxsus tələbə biletinin tapılmasına dair məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı teleqraf.az saytı Lerik Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayb.

İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova açıqlamasında sözügedən paylaşımla bağlı heç bir məlumatlarının olmadığını deyib.

"İcra Hakimiyyətinə bununla bağlı müraciət daxil olmayıb. Əgər hansısa məlumat olarsa, bu barədə açıqlama veriləcək".

Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan isə bildirilib ki, qeyd olunan məsələ ilə bağlı açıqlama vermək onların səlahiyyətlərinə aid deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO