Tövlədə saxlanılan qadın sığınacağa yerləşdirildi - FOTO

Tövlədə saxlanılan qadın sığınacağa yerləşdirildi - FOTO

Hazırda oxunan: Tövlədə saxlanılan qadın sığınacağa yerləşdirildi - FOTO

23440

Sosial şəbəkələrdə və mediada tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə videosu yayılan Gədəbəy rayonu Novoivanovka kənd sakini, 87 yaşlı Səkinə Həsənovanı dövlət öz himayəsinə götürüb.

Bizim.Media-nın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Gədəbəydə ahıl qadını tövlədə saxlayan şəxsə cinayət işi açıldı


“Səkinə nənə əmin əllərdədir. O, artıq Sosial Xidmətlər Agentliyinin müəssisələrindən birisinin sakinidir”, - o qeyd edib.

Qeyd edək ki, mayın 31-də günorta saatlarında rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.

Bu gün fakta görə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO