48 yaşlı Lamiyə Məmmədova namaz qıldığı yerdə qətlə yetirilib. Hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Bizim.Media xəbər verir ki, ehtimal olunur ki, qadın həyat yoldaşı Ramil Məmmədov tərəfindən qətlə yetirilib.
Onun dəmir əşya ilə başından bir neçə dəfə vurulduğu, daha sonra barmaqlarının sındırıldığı deyilir.
"Gecə saat 00-a qalmışdı, bir də eşitdim ki, çığır-bağır səsləri gəlir. Polis gəlmişdi. Nə baş verdiyini soruşanda, dedilər ki, kişi həyat yoldaşını dəmirlə vurub, sonra da qaçıb gedib. Yeniyetmə oğulları var. Anasının meyitini görüb, şokda idi", - deyə mərhumun qonşusu bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ramil Məmmədov Gürcüstan Respublikasında saxlanılıb. Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Ətraflı Baku TV-nin süjetində:
Bizim.Media
![Bakıda qadın namaz qılarkən qətlə yetirildi - Hadisənin DETALLARI - VİDEO Bakıda qadın namaz qılarkən qətlə yetirildi - Hadisənin DETALLARI - VİDEO](https://bizim.media/file/articles/2025/02/12/1739306826_2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
00:48 / 12.02.2025
Bakıda qadın namaz qılarkən qətlə yetirildi - Hadisənin DETALLARI - VİDEO
Hazırda oxunan: Bakıda qadın namaz qılarkən qətlə yetirildi - Hadisənin DETALLARI - VİDEO
Hazırda oxunan: Bakıda qadın namaz qılarkən qətlə yetirildi - Hadisənin DETALLARI - VİDEO
234327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.