Qusarın Balaqusar kənd sakinlərinin problemləri dinlənildi - FOTO

Qusarın Balaqusar kənd sakinlərinin problemləri dinlənildi - FOTO

Hazırda oxunan: Qusarın Balaqusar kənd sakinlərinin problemləri dinlənildi - FOTO

234292

Qusar rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanovun növbəti səyyar qəbulu Balaqusar kəndində keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, görüşdən əvvəl Balaqusar kəndindən olan I Qarabağ müharibəsi şəhidləri Balaqadaşov Nəcəf Ağaşirin oğlu və Abdulkərimov Sərvər Zeynəddin oğlunun məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirələri yad edilib. 
 

Balaqusar folklor evində rayon İcra Hakimiyyətinin başçısı, RİHB Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri və kənd sakinlərinin iştirakı ilə baş tutmuş görüşdə vətəndaşlar aktual məsələləri rayon rəhbərinin nəzərinə çatdırıblar. 


Səyyar qəbulda vətəndaşlar kənd uşaq bağçasının əsaslı təmir edilməsi, Balaqusar-Həsənqala yolunun asfaltlanması və kənddaxili yolların təmiri, yay aylarında suvarma su ilə təminatında yaranan problemlər, yaşayış evlərinə çıxarışın çıxarılmasına köməklik göstərilməsi ilə bağlı müraciət ediblər.

Kənddə məişət tullantıları üçün yerlərin hazırlanması, kənd daxili yolda avtomobillərinin sürətinin məhdudlaşdırılması üçün tədbirlərin görülməsini xahiş ediblər. 

Qəbul zamanı sakinləri maraqlandıran məsələlər müzakirə edilib, müraciətlər cavablandırılıb, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülüb və RİH başçısı tərəfindən sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO