Gəncədə evdə qaz sızmasından partlayış olub.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Eldar Həsənov yanıq xəsarəti ilə xəstəxanya yerləşdirilib.
Onun Bakıdakı Yanıq Mərkəzinə göndərilməsi nəzərdə tutulub.
İlkin məlumata görə, E.Həsənovun yaşadığı evin hamamında qaz sızması nəticəsində su qızdırıcısı partlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, fevralın 11-də saat 00:30 radələrində 1960-cı il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə sifətin, hər iki əlin II dərəcəli termiki yanıq diaqnozu ilə hospitalizasiya olunub.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Bizim.Media
![Gəncədə evdə PARTLAYIŞ - Xəsarət alan var Gəncədə evdə PARTLAYIŞ - Xəsarət alan var](https://bizim.media/file/articles/2025/02/11/1739270058_5285294851203656472.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:35 / 11.02.2025
Gəncədə evdə PARTLAYIŞ - Xəsarət alan var
Hazırda oxunan: Gəncədə evdə PARTLAYIŞ - Xəsarət alan var
Hazırda oxunan: Gəncədə evdə PARTLAYIŞ - Xəsarət alan var
234233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.