Sumqayıtda avtobus sürücüsünü döyüb pulunu ələ keçirən şəxsi polis saxlayıb.
Bizim.Media DİN-ə istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Sumqayıt şəhəri ərazisində marşrut avtobusu sürücüsünə qarşı quldurluq cinayəti törədilib.
Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “İsuzu” markalı avtobusa daxil olan bir nəfər onu döyərək 230 manatını ələ keçirib.
Sumqayıt Şəhər Polis Şöbəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 61 yaşlı E.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Bizim.Media
![Sumqayıtda avtobus sürücüsü DÖYÜLDÜ Sumqayıtda avtobus sürücüsü DÖYÜLDÜ](https://bizim.media/file/articles/2025/02/11/1739268457_91ef5788c867c260b2319baa75104c67.png)
- A-
- A
- A+
Cəmiyyət
14:05 / 11.02.2025
Sumqayıtda avtobus sürücüsü DÖYÜLDÜ
Hazırda oxunan: Sumqayıtda avtobus sürücüsü DÖYÜLDÜ
Hazırda oxunan: Sumqayıtda avtobus sürücüsü DÖYÜLDÜ
234226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.