Səfirliklərimizdə dini müşavirlərin fəaliyyət göstərəcəyi ilə bağlı deputatdan AÇIQLAMA

Səfirliklərimizdə dini müşavirlərin fəaliyyət göstərəcəyi ilə bağlı deputatdan AÇIQLAMA

Hazırda oxunan: Səfirliklərimizdə dini müşavirlərin fəaliyyət göstərəcəyi ilə bağlı deputatdan AÇIQLAMA

234224

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında bir sıra qanun layihələrinin hazırlanması və qəbul edilməsi təklif edilib. Dini hüquqların qorunması, dini dözümlülük və müxtəlif dini icmaların hüquqlarının təmin edilməsi istiqamətlərində qanunvericiliyə təkliflər səslənib.

Artıq bir neçə ildir ki, bəzi ölkələrdə səfirliklərin tərkibində dini xidmətlər üzrə müşavirlərin təyin edilməsi müzakirə olunur. Məlum olduğu kimi, oxşar təcrübə Gürcüstanda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) xətti ilə var.

Bəs digər ölkələrdə, xüsusilə azərbaycanlıların kompakt yaşadığı şəhərlərdə bunu etmək mümkündürmü? Sözügedən məsələ təklif edilən dəyişikliklər sırasında yer alacaq?

Mövzu ilə bağlı Milli Məclis İctimai birliklər və dini qurumlar komitəsinin deputatı Ceyhun Məmmədov  Bizim.Media-ya danışıb. O qeyd edib ki, iclas zamanı bir çox vacib məsələlərə yer verilib və olduqca zəngin bir iş planı hazırlanıb.

“Hesab edirik ki, burada ən önəmli nüanslardan biri də yeni layihələrin reallaşdırılması, addımların atılması, qanunların qəbulu və müxtəlif Mərkəzi icra hakimiyyəti orqanları ilə bir yerdə tədbirlərin keçirilməsidir”,- o deyib.

C.Məmmədovun sözlərinə görə, dini xidmətlər üzrə müşavirlərin təyin edilməsi yönündə ciddi proseslər gedir:

“Bu, hər birimizi düşündürən bir məqamdır. Perspektivdə bunun həyata keçirilməsi məsələsinə baxıla bilər. Bu istiqamətdə addımların atılması bizə müəyyən imkanlar və üstünlüklər vəd edəcək.  Rusiya, Gürcüstan,Türkiyə kimi azərbaycanlıların  kompakt yaşadığı ölkələr və bölgələrdə soydaşlarımızı davamlı təzyiqlərə, təhdidlərə, təbliğata məruz qalır. Ona görə də bu mövzu nəzərdən keçirilməlidir. Biz bu istiqamətdə real addımlar atmalıyıq.

Hazırda bir sıra dövlət qurumları mühüm layihələr icra edir. Bu, bir qədər də zaman məsələsidir”,- deyə millət vəkili fikrini yekunlaşdırıb.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO