Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçildi

Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçildi

Hazırda oxunan: Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçildi

23421

Beynəlxalq Cüdo Federasiyanda prezident seçkiləri olub.

Bizim.Media-nın məlumatına görə, iyunun 3-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Cüdo Federasiyasının (BCF) konqresi keçirilib.

Qurumun baş toplantısında bütün üzv ölkələrin nümayəndələri, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmilər iştirak ediblər. Ölkəmiz konqresdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ilə təmsil olunub.

İlk olaraq Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin hesabat nitqi dinlənilib.

Konqresdə beynəlxalq qurumun prezident seçkiləri baş tutub. Marius Vizer yeganə namizəd kimi yekdilliklə BCF-in prezidenti seçilib.

Daha sonra o, növbəti 4 il ərzində işləyəcəyi İcraiyyə Komitəsi üzvlərinin siyahısını Konqres iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev 2-ci dəfə növbəti dörd il müddətinə Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib. Sonda BCF-nin prezidenti Marius Vizer iştirakçılara gördükləri işlərə görə təşəkkürünü bildirib və konqresin işinə yekun vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO